Bakı. Trend:
Hazırda "SOCAR karbamid" zavodunda istehsal edilən məhsul 15-əyaxın ölkəyə ixrac edilir. Bunlar, əsasən, Qara dəniz sahiliölkələridir.
Trend xəbərverir ki, bu barədə “SOCAR karbamid” zavoduna təşkil edilmişmediatur zamanı müəssisənin istehsalat şöbəsinin rəisi ŞöhrətMirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zavodun illik istehsal gücü 650-660 min tonhəcmdədir:
"2024-cü ildə bu rəqəm 652 min tonun üzərində idi. Bu il üçünistehsal potensialını 660 min tona çatdırmaq niyyətindəyik".
Mütəxəssis zavodun istehsal zəncirini də izah edib:
"İstehsal zənciri izah etsəm, qeyd edə bilərəm ki, əsas xammalkimi təbii qaz, su və atmosfer havasından istifadə olunur.İstehsalımız daxili bazarın tələbini tam ödəyir. Zavod qurularkənmüəyyənləşdirilmişdi ki, istehsalın 30%-ə qədəri daxili bazarıtəmin etdikdən sonra yerdə qalanı hissəsinin xaricə göndərilsin.İstehsalın təqribən 20%-i kifayət edir ki daxili bazarın tələbatınıtam ödəyək".
Ş.Mirzəyev zavodun ixrac imkanlarının mümkün genişləndirilməpotensialından da danışıb:
"Hazırda biz zavodda istehsal edilən karbamidi 15-ə yaxın ölkəyəixrac edirik. Bunlar, əsasən, Qara dəniz sahili ölkələridir.Məsələn, Türkiyə, Gürcüstanı qeyd edə bilərəm. Hətta ABŞ,Braziliya, Argentina, İsrail və digər ölkələrə də karbamid gübrəsiixrac edirik. Hindistan böyük istehsalçı olsa da, biz onlara dakarbamid satırıq".
"Daşınma xərclərini azaltmaq üçün daha çox yaxın ölkələrəməhsulumuz ixracı əlverişli hesab edilir. Gələcəkdə ixracbazarımızın genişləndirilməsi ilə bağlı SOCAR-ın marketinqdepartamenti araşdırmalar aparır", - deyə zavodun şöbə rəisi əlavəedib.