AZ

SOCAR: Karbamid istehsalı daxili bazarı tam təmin edir, 80%-i xaricə satılır

BAKI, 21 iyul. TELEQRAF

Karbamid zavodun istehsal gücü daxili bazarı tamamilə təmin edilir. Bizim zavodu qurularkən nəzərə alınıb ki, 30%-ə qədər daxili bazarı təmin etdikdən sonra yerdə qalan 70-80% xaricə ixrac kimi göndərilsin.

Teleqraf-ın “SOCAR karbamid” zavoduna ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev deyib.

O bildirib ki, istehsalın yalnız 20-30%-i daxili bazarı təmin etməyə kifayət eləyir:

“Hazırda 15-ə yaxın ölkəyə məhsul ixrac edirik. Bu Qara dəniz sahili ölkələridir: Türkiyə Gürcüstandır. Bəzən biz ABŞ, Brazilya, Argentiniya, İsrail və digər ölkələrə karbamid gübrəsi satırıq. Bu, tələbata bağlıdır. Hətta Hindistan böyük istehsalçıdır, lakin biz bəzən onlara da satırıq. Bu, tələb və təkliflə bağlıdır. Daşınma xərclərini azaltmaq üçün biz çalışırıq ki, daha çox yaxınlıqda olan ölkələrə satış edək”.

Seçilən
236
6
teleqraf.com

10Mənbələr