AZ

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Strategiya Mərkəzinin (USMER) ev sahibliyi ilə İstanbulda keçirilən "Şərqi Aralıq dənizi-Qara dəniz 25" (EMBC) beynəlxalq konfransının yekun bəyannaməsində qeyd olunub.

 

Sənəddə ev sahibi ölkələr (BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Afrika və Latın Amerikası birlikləri, ASEAN, İslam Ölkələri İttifaqı) Qərb sisteminə qarşı qlobal həmrəyliyi nümayiş etdirdiyini vurğulayıblar.

 

Konfrans iştirakçıları həmçinin Qərbin hegemonluğuna qarşı alternativ güc mərkəzlərinin formalaşmasını alqışlayıblar.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə çıxışlarında ölkəsinin çoxqütblü dünya nizamının tərəfdarı olduğunu bildirib. O, beynəlxalq münasibətlər sistemində bütün dövlətlərin bərabər hüquqlu tərəfdaş kimi dialoq aparmasını və problemlərin birgə həllini dəstəklədiyini bəyan edib.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
34
50
sfera.az

10Mənbələr