AZ

"Hayduk"la oyunqabağı "Zirə" və Rəşad Sadıqovdan danışdı

style='margin-bottom:10px;'>

“Hayduk”u cütün favoriti hesab edirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında vaxtilə Azərbaycan millisində baş məşqçi işləmiş xorvatiyalı Nikola Yurçeviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk" və "Zirə" arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, “Zirə” təhlükəli komandadır: “Onlar ötən il Konfrans Liqasında Xorvatiyanın digər təmsilçisi “Osiyek”i mübarizədən kənarlaşdırmışdılar. Bu dəfə “Hayduk” diqqətli olmalıdır. Split klubu ölkəmizin ən böyük komandalarından biridir. Məncə, püşkatma kollektivi razı salıb”.

58 yaşlı çalışdırıcı rəqibin heyətində Marko Livaya kimi təcrübəli futbolçunun olduğunu xatırladıb: “Marko yaxşı klublarda oynayıb. Yetərincə təcrübəsi var. Hər iki matçda fərq yarada bilər”.

N.Yurçeviç “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovu yaxşı tanıdığını söyləyib: “Rəşad Azərbaycan futbolunun əfsanələrindən biridir. Dostum, həkim-fizioterapevt Radişa Milosavljeviç də “Zirə”də çalışır. Bu komanda barədə çox müsbət fikirlər eşitmişəm. Rəşad Sadıqov uzun illərdir orada işləyir və uğurlu komanda formalaşdırıb. Yaxşı yerli, eləcə də legioner oyunçular transfer edilib. Onlar bunun sayəsində hər il mükataçılar sırasında yer alırlar”.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr