AZ

"Zirə"nin rəqibi iki futbolçusunu icarəyə verib



"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"u iki futbolçusunu icarəyə göndərib.

Reyting.az
xəbər verir ki, Split təmsilçisinin hücumçusu Dominik Babiçlə müdafiəçi İvan Krstanoviç I Liqa təmsilçisi "Kroatsiya"ya keçib.

Hər iki futbolçu növbəti mövsüm Zmiyavtsi klubunda çıxış edəcək.

"Hayduk" 18 yaşlı Babiçi cari transfer pəncərəsində azad agent kimi heyətinə qatıb. O, "Osiyek"in yetirməsidir.

19 yaşlı Krstanoviç isə "Hayduk"un gənclərdən ibarət komandasının üzvüdür.

Qeyd edək ki, "Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.(Teleqraf)
Seçilən
8
28
reyting.az

10Mənbələr