AZ

Bu cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənir. Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavənin məbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır. Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

- sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər;
- növbəti məzuniyyət istisna olmaqla “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdə olduğu günlər;
- hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzası götürülənədək.

Seçilən
24
4
avtosfer.az

10Mənbələr