AZ

Baş nazir hərbçilər haqda qərar imzaladı

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Turkustan.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir.

Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənir.

Seçilən
23
50
turkustan.az

10Mənbələr