“Real Madrid” 2020-ci ildə 30 milyon avroya transfer etdiyi Reinier Jesus ilə müqaviləni ləğv etmək istəyir. Metbuat.az xəbər verir ki, futbolçu transfer ediləndən sonra əsas heyətdə yer almayıb. Bildirilir ki, “Flamenqo”dan “Real Madrid”ə transfer olan futbolçu Madrid klubunun heç bir rəsmi matçında iştirak etməyib. Əvəzində o, “Borussiya Dortmund”, “Jirona”, “Frozinone” və “Qranada”da icarə əsasında çıxış edib. AS nəşri xəbər verir ki, “Real”la 2026-cı ilə qədər müqaviləsi olan futbolçuya transfer təklifləri edilməyib. Futbolçu da müqavilənin ləğv edilməsində maraqlıdır. Qeyd edək ki, Reinier Jesus bir vaxtlar Braziliyanın ən parlaq istedadlarından biri hesab olunurdu.