"Tottenhem" klubu "Bornmut"un futbolçusu İlya Zabarnıyı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır.

Bu barədə "CaughtOffside" portalı məlumat yayıb.

Zabarnıy ilə PSJ də yaxından maraqlanırdı. Lakin bu keçid baş tutmayıb.

Ukraynalı futbolçu İngiltərə Premyer Liqasında 78 matça çıxıb və 1 qol vurub.