AZ

Polşada yeni neft və qaz yatağı aşkarlanıb

Polşanın Baltik dənizi sahilində, Şçetsin yaxınlığında yeni neft və təbii qaz yatağı aşkar edilib. Operator şirkət olan "Central European Petroleum" bu yatağı ölkənin ən böyük yatağı və Avropanın ən əhəmiyyətli yataqlarından biri adlandırıb. Məlumatı TVP 3 yayıb.

Yatağın neft ehtiyatları təxminən 22 milyon ton, keyfiyyətli qaz ehtiyatları isə 5 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Ümumi neft ehtiyatlarının həcmi 33 milyard ton, qaz ehtiyatları isə 27 milyard kubmetr olaraq proqnozlaşdırılır.

"Wolin East 1" quyusunda qazma işləri fevral ayında başa çatdırılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Polşada Svobodzin şəhəri yaxınlığında daha bir neft yatağı aşkar olunmuşdu. Oradakı çıxarıla bilən ehtiyatlar təxminən 100 min ton olaraq qiymətləndirilir.

S.ELAY

XQ

Seçilən
39
26
xalqqazeti.az

10Mənbələr