Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Ramana qəsəbəsində baş verib. İttihama görə, 2008-ci il təvəllüdlü E.Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan E.Süleymanov şübhəli şəxs qismində tutulub.