ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Ermənistan Azərbaycanla razılaşdıqdan sonra Zəngəzurda dəmir yolu tikməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bqdasaryan açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanla razılaşmanın imzalanacağı təqdirdə, Ermənistan Sünik vilayətində 42 km uzunluqda dəmir yolu xəttinin tikintisinə başlamağa hazırdır.
Baqdasaryan deyib: "Azərbaycanla razılaşma olmadan bu dəmir yolu heç Ermənistanın daxili yükdaşımaları üçün də istifadə edilə bilməz. Buna görə də Azərbaycanla razılaşmalar əldə edildikdən sonra həmin dəmir yolunun tikintisi başlanacaq. Artıq hazırlıq işləri aparılır. Məsələn, Nrnadzor kəndinin kəndi üçün yeni yolun tikintisi".
Onun sözlərinə görə, Ermənistan qonşularla bütün nəqliyyat yollarının açılmasında maraqlıdır.
Hürr Tərcüman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.