Demokrat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Suraxanı rayon sakini 1982-ci il təvəllüdlü Zahir Xafisova Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin materialları baxılması üçün rayon məhkəməsinə göndərilib.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il noyabrın 3-ü Azərbaycanı Türkiyə istiqamətində tərk edərək İstanbul şəhərinə gedib. Oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və bunu əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni "Abdullah Yolcu. Ehl-i Sünnet vel-cemaate göre İman”, "Müsned el-Kahtani. Küçük ve gizli şirk”, "Tevhid risalesi”, "Muhammed bin Abdulvahhab ve Need uleması. EdDürerüs-seniyye fil-ecvibetin-Necdiyye” adlı kitabları müxtəlif yollarla əldə etməklə noyabrın 7-si İstanbul-Bakı reysi ilə ölkəmizə gətirib.
O, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində həmin kitabları dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.
Həmfikirləri arasında "Abdulzahir” ləqəbi ilə tanınan şəxs ifadəsində bildirib ki, Türkiyəyə toyda iştirak etmək məqsədilə gedibmiş və kitabları da həmin vaxt alıb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, qeyd edilən maddə ilə təqsirli bilinib və 9 min manat cərimə olunub.
10Mənbələr
-
publika.azElgiz tanınmış müğənnini ələ saldı ( 19487081)
-
demokrat.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19484558)
-
hurriyyet.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi ( 19484282)
-
demokrat.azXalq artisti Prezidentin ona 9 il əvvəl hədiyyə etdiyi mənzilə köçdü ( 19482617)
-
avtosfer.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi ( 19482590)
-
viral.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19481993)
-
baku.newsBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə – Bu cəza verildi ( 19481972)
-
redaktor.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə bu cəza verildi ( 19480658)
-
cebheinfo.azBakıda hənbəlilik məzhəbini yaymaq istədi: CƏZA ALDI ( 19479137)
-
publika.azBakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə ( 19478102)