AZ

Elgiz tanınmış müğənnini ələ saldı

Aparıcı Elgiz Əkbər efirdə tanınmış müğənni Nərmin Kərimbəyovanın artıq çəkisini ələ salıb.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" proqramına qatılan sənətçi onun sözlərini zaraftla qarşılayıb.

"Nərmin heç ac qalıb? Heç inanmıram (gülür). Mənə elə gəlir ki... Sən hansı şəraitdə böyümüsən?", - deyə Elgiz söyləyib.

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Ac qalmayıb, ver mən də yeyim, deyib" deyərək, gülüb.

"Elə zarafatlaşırsınız ki... Çox məmnunam həyatımdan. Aclığımdan da, toxluğumdan da məmnunam. 1990-cı illərdə biz də çətin dövrdən keçmişik", - deyə Nərmin cavab verib.

Seçilən
10
24
publika.az

10Mənbələr