Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrə münasibət bildirərək deyib.
O, Suriya Prezidenti Əhməd əş-Şaraanın İsrailə qarşı çox qətiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb:
"Hələlik heç bir güzəştdən söhbət gedə bilməz. Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır. Ən son addımlarla nəzarəti təmin etdilər. Suriya xalqı keçmişdə yaşadıqlarından dərs çıxarıb. Suriya Prezidenti ilə telefon danışığı zamanı bu məsələni müzakirə etdik. Bizdən gözləntilərini öyrəndik və onlara hər cür dəstəyi verəcəyimizi də söylədik".
R.T.Ərdoğan xarici işlər naziri Hakan Fidanın ABŞ-nin xüsusi nümayəndəsi və xarici işlər naziri ilə daimi təmasda olduğunu da diqqətə çatdırıb:
"Eyni şəkildə MİT rəhbərimiz İbrahim Kalın və milli müdafiə nazirimiz Yaşar Güler də həmkarları ilə əlaqədədir. Bölgədə son olaraq bu 2500 nəfərlik yüngül silahla təchiz edilmiş qüvvənin Süveydaya getməsinə icazə verildi. İki gündür Əmmanda toplantılar davam edir. Süveydanın ətrafı əhatə olunmuş vəziyyətdədir. Birliklərin içəri girib-girməməsinə icazə verməklə bağlı problem var".