AZ

İranın yeni planı var?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İran ABŞ ilə danışıqlar planlaşdrmayıb”.

Bunu ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarının yenidən başlayacağına dair açıqlamasına cavab verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi deyib.

"Cebheinfo.az" xəbər verir ki, Bəkayi paytaxt Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəminə dair qiymətləndirmələr verib. Çıxışına İsrailin fələstinlilərə qarşı davam etdirdiyi soyqırımı vurğulayaraq başlayan Bəkayi deyib: 

"Son iki ildir Qəzzada misli görünməmiş bir soyqırımın şahidi olmuşuq. Bu prosesi fələstinliləri öldürmək üçün qidanın silah kimi istifadə olunması da müşayiət edir. Bugünlərdə Qəzza xalqının fəryadını eşidirik". 

Bəkayi beynəlxalq ictimaiyyətin bu soyqırımı dayandırmaqda uğursuz olduğunu qeyd edərək, bölgə ölkələrinin bu məsələdə məsuliyyət daşıdığını xatırladıb. O, İran ilə Avropa arasında nüvə danışıqlarının 25 iyulda İstanbulda keçiriləcəyini bildirib və bu görüşmələrdə sanksiyaların ləğvi və İranın dinc məqsədli nüvə proqramı ilə bağlı məsələlərin müzakirə olunacağını deyib. 

ABŞ Prezidenti Trampın İrana edilən hücumlardan sonra dayandırılan nüvə danışıqlarının yenidən başlayacağı ilə bağlı açıqlaması barədə verilən suala cavab olaraq Bəkayi bildirib: “Avropalılarla danışıqlar elan olunub, lakin ABŞ ilə görüşmək kimi bir planımız yoxdur”. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
42
cebheinfo.az

10Mənbələr