AZ

Tehranda nüvə məsələsinə dair İran Çin Rusiya görüşü keçiriləcək

ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Tehranda İran, Çin və Rusiya nümayəndələrinin iştirakı ilə nüvə məsələsi üzrə üçtərəfli görüş baş tutacaq. Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

Bəqayinin sözlərinə görə, Rusiya və Çin həm “Hərtərəfli Birgə Fəaliyyət Planı”nın, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq həmin məsələlərdə mühüm rol oynayırlar.

Tehran bu iki ölkə ilə sanksiyaların yenidən bərpası mexanizmi (snapback) barədə son bir ildə konstruktiv məsləhətləşmələr aparıb.

Bəqai qeyd edib ki, görüşdə əsas diqqət nüvə problemi və sanksiyaların yenidən tətbiqi risklərinin qarşısının alınması məsələlərinə yönələcək. O, vurğulayıb ki, sanksiyaların bərpası nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilər və Tehran bu cür addımların qarşısını almaq üçün tərəfdaşlarla məsləhətləşmələrə davam edəcək.

Zərintac MayisqızıMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
42
missiya.az

10Mənbələr