AZ

Tramp Obamanın həbsi video-çarxını paylaşıb | VİDEO

AzVision.az xəbər verir ki,altında“Heç kim qanundan üstün deyil”ifadəsi yazılmış video-çarx “Truth sosial” sosial şəbəkəsində yerləşdirilib.

İyulun 20-də Tramp keçmiş prezident Barak Obamanı saxtakarlıqda və 2016-cı il seçkilərinə xələl gətirməyə cəhddə ittiham edib.

Amerika lideri kemiş prezident Barak Obamanın seçkiləri saxtalaşdırmaq üçün hərəkətlərini efirdə ifşa edən “Fox News” telekanalının jurnalisti Harrison Fildsi tərifləyib.

Xatırladaq ki, iyulun 18-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “X” sosial şəbəkəsindəki səhifəsində Rusiyanın 2016-cı ildə Amerika seçkilərinə müdaxiləsi ilə bağlı ittihamların Obama administrasiyası tərəfindən uydurma olduğunu yazıb.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
27
29
azvision.az

10Mənbələr