AZ

Tramp Obamanın həbsini əks etdirən görüntülər paylaşdı

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həbsini əks etdirən süni intellektin (AI) yaratdığı videonu Birləşmiş Ştatların hazırkı rəhbəri Donald Tramp nümayiş etdirib.

Publika.az xəbər verir ki, o, bu videonu "Truth Social" sosial şəbəkəsində yayımlayıb.

Video keçmiş dövlət başçısının “heç kim, xüsusən də prezident qanundan üstün deyil” deməsi ilə başlayır. Daha sonra videoda ABŞ-ın keçmiş prezidenti Co Bayden və Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də daxil olmaqla demokratlar görünür. Daha sonra Tramp və Obama bir yerdə otururlar və FTB agentləri otağa daxil olur, sonuncunu qandallayır.

Bu zaman ABŞ-ın hazırkı prezidenti gülümsəyir və videoda Trampın vizit kartı sayılan, mitinqlər zamanı istifadə etdiyi "Village People"ın YMCA mahnısı səsləndirilir. Video Barak Obamanın həbsxana kamerasında narıncı kombinezon geyinməsi ilə bitir.

Bütün video boyu ekranda “Heç kim qanundan üstün deyil” başlığı qalır.

Seçilən
33
50
publika.az

10Mənbələr