Banqladeşin paytaxtı Dəkkədə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İlkin məlumata görə, 19 nəfərin, o cümlədən pilotun həlak olduğu təsdiqlənib.
Bildirilib ki, təyyarə məktəb və kollec kampusuna çırpılıb, dərhal sonra alovlanıb və yanğın binaya keçib.
Qəza nəticəsində azı 150 nəfər xəsarət alıb. Ağır yaralanmış təxminən 70 nəfər yanıq xəsarətləri ilə Dəkkədəki xəstəxanalara yerləşdirilib. Yaralıların əksəriyyəti 9–18 yaş arası şagirdlərdir. Onların bir çoxunun vəziyyəti kritikdir.
Bildirilib ki, qəzaya uğrayan təyyarə Çin istehsalıdır.



