AZ

“BİZ ORADA MÖCÜZƏ YARATDIQ” – Tramp gözlənilən Azərbaycan-Ermənistan razılaşmasını öz adına çıxır

“Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və o (sülh sazişi - red.) artıq hədəfə yaxındır”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində deyib və onun bu çıxışı Amerika telekanalları tərəfindən yayımlanıb.

Tramp qeyd edib ki, Azərbaycanla Ermənistan sülh sazişi bağlamağa yaxındırlar və bunu ilk növbədə ABŞ administrasiyasının nailiyyəti kimi təqdim edib.

Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan və Ermənistan başçıları arasında görüş keçirilib. Görüşdə dialoqun davam etdirilməsi və Bakı ilə İrəvan arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atılması barədə razılıq əldə olunub. Həmçinin, Qərb mətbuatı Zəngəzur dəhlizi və gələcək sülh sazişi barədə önəmli irəliləyişlərin olduğu barədə məlumatlar yayıb.

Rusiya mümkün razılaşmanı Moskvanın regiondan qovulması kimi qəbul edərkən, göründüyü kimi, ABŞ prezidenti isə bunu öz nailiyyətti kimi təqdim etməkdədir.

AzPolitika.info

Seçilən
24
45
hurriyyet.az

10Mənbələr