UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” II təsnifat mərhələsində İrlandiya klubu “Şelburn”u keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.
“Köhlən Atlar” UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu turun ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.