AZ

Britaniya Ukraynanı silahlandırmaq üçün kampaniyaya başlayıb

Böyük Britaniyanın müdafiə naziri Con Hili yaxınlaşmaqda olan Ramşteyn formatlı görüşdə Ukraynanın silahlandırılmasına yönəlik 50 günlük xüsusi kampaniyanın başladılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən məlumat yayıb.

Con Hili müttəfiqlərini Vladimir Putini danışıqlar masasına oturtmaq üçün Ukraynaya hərbi dəstəyi yenidən artırmağa çağıracaq. London silah tədarükü üçün “50 günlük kampaniya”nın qəbul edilməsi təşəbbüsü ilə çıxış edir.

Bu kampaniya çərçivəsində Qərb müttəfiqlərinin hərbi yardımlarını sürətləndirməsi, xüsusilə hava hücumundan müdafiə sistemləri və sursat təminatı, eləcə də Ukrayna ordusunun təlim proqramlarının genişləndirilməsi hədəflənir.

Britaniya ilə Almaniya arasında imzalanacaq razılaşma, Ukraynanın Rusiya hava hücumlarına qarşı olan zəifliyini azaltmağı məqsəd qoyur. “IRIS-T” və “Skynex” kimi müasir hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi planlaşdırılır.

Seçilən
6
10
cebheinfo.az

10Mənbələr