AZ

Britaniya Ukraynaya 200 milyonluq hərbi vasitələri göndərdi

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniya bu il üçün nəzərdə tutulan 700 milyon funt sterlinq (940 milyon dollar) yardım paketindən 150 milyon funt sterlinqlik (200 milyon dollar) hava hücumundan müdafiə vasitələri və artilleriya mərmilərini artıq Ukraynaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanan açıqlamada qeyd olunub.

Açıqlamada bildirilir ki, maliyyələşdirmə həm də yeni pilotsuz uçuş aparatlarının (PUA) alınmasına, həmçinin daha əvvəl göndərilmiş silahların təmiri və texniki xidmətinə yönəldiləcək.

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, London ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan planının həyata keçirilməsində iştirak etməyə hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
19
axar.az

10Mənbələr