Ukrayna müdafiə naziri Denis Şmıqal “Ramşteyn” əlaqə qrupunun iclasında bildirib ki, Kiyevin 2025-ci il üçün silah alımlarında büdcə kəsirini qarşılamaq üçün 6 milyard dollar vəsaitə ehtiyacı var.
NOCOMMENT.az xəbər verir ki, bu məlumatı “Strana.ua” yayıb.
“Ukraynaya bu ilki alım kəsirini bağlamaq üçün 6 milyard dollar lazımdır. Bu vəsait bizə döyüş xəttini saxlamaq üçün daha çox FPV pilotsuz uçuş aparatı və daha çox müdafiə pilotsuzları yaratmağa imkan verəcək”, – deyə müdafiə naziri bildirib.
Şmıqal həmçinin əlavə edib ki, Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün daha çox uzunmənzilli silahlar almaq istəyir.