AZ

Şahin Bağırov: Digər idman növləri ilə hər hansı rəqabətimiz yoxdur

BAKI, 21 iyul. TELEQRAF

“Bildiyiniz kimi biz daha çox Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq edirik. Bu idman növlərinin bir-birinə oxşar xüsusiyyətləri var. Birlikdə müzakirələr aparırıq”.

Bunu Teleqraf-a açıqlaqmasında Azərbaycan Voleybol Federasiyasının prezİdenti Şahin Bağırov deyib.

O, "Daxilinizdə komanda idman növləri üzrə federasiyalarla, xüsusən Azərbaycan Basketbol Federasiyası ilə rəqabət hissi varmı” sualına bu cür cavab verib: “Azərbaycan Voleybol federasiyası olaraq digər idman növləri ilə hər hansı rəqabətimiz yoxdur. Hər bir idman sahəsində baş verən bütün müsbət proseslərə sevinirik. Olimpiya oyunlarında boksda, cüdoda və güləşdə nəticələrimiz var. Dünya çempionatlarında digər idman növlərində də uğurlarımız olub. Azərbaycan Voleybol Federasiyası bu məsələdə digər federasiyalarla rəqabət aparmır. Minifutbol millimiz Bakıda keçirilən dünya çempionatında qalib olması da bizi sevindirir”.

Seçilən
10
45
teleqraf.com

10Mənbələr