AZ

Rektor: “Kiber Yay Məktəbi" kadrların hazırlanması istiqamətində unikal layihədir

“Kiber Yay Məktəbi" kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması istiqamətində unikal layihədir.

"Report" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi - 2025”in açılışında deyib.

O bildirib ki, gənclər bu məktəb vasitəsilə həm də gələcəklərini müəyyənləşdirirlər.

Rektor xatırladıb ki, indi ən yüksək bal toplayan tələbələr kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisasını seçirlər: "Bu ixtisasa maraq hər il daha da artır. Halbuki 50-30 il əvvəl hüquq, beynəlxalq münasibətlər ixtisasları daha prestijli idi".

Seçilən
26
29
report.az

10Mənbələr