“Sevindirici haldır ki, "Kiber yay məktəbi" dördüncü dəfədir keçirilir. Hər il əvvəlkindən daha geniş miqyasda və daha çox iştirakçı ilə yadda qalmaqdadır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi - 2025”in açılışında deyib.
O bildirib ki, bu il yay məktəbində xarici universitetlərdə təhsil alan tələbələr iştirak edirlər:
"Kiber yay məktəbi"ndə Bakıdan və Azərbaycan Respublikasının digər regionlarından seçilmiş məktəblilərlə yanaşı, qardaş Türkiyədən dəvət olunmuş şagirdlər, xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan tələbələr də iştirak edirlər ".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta