AZ

İranda neft emalı zavodunda yanğın oldu

İsfahanda Ziyar yolunun yaxınlığında yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib. Hazırda alov lokallaşdırılıb və qonşu obyektlərə keçməsinin qarşısı alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

İyulun 19-da İranın cənub-qərbindəki Abadan şəhərində də neft emalı zavodu yanıb.

İranın müxalif jurnalistləri neft emalı zavodunda təxribata eyham vururlar. Bəzi müşahidəçilər insidenti İranda sənaye obyektlərində baş verən müəmmalı hadisələrlə əlaqələndirirlər və onların sayı son aylarda xeyli artıb.

Seçilən
21
39
unikal.az

10Mənbələr