İçki düşkünü oğlunuza başqasının qızını alıb, bədbəxt etməyin.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib.
O, verilişə müraciət edən Samirə adlı xanımın içki düşkünü əri Aqşinlə barışmasını istəmədiyini deyib. Sezar pizza
Xoşqədəm Hidayətqızı şəxsi həyatından nümünə gətirərək göz yaşlarını saxlaya bilməyib.
“Səni axtarıram” verilişindəki bütün talelərin hər birindən mənim həyatımda bir pay var. İçki düşkününə qızınızı verməyin. İçki düşkünü oğlunuza başqasının qızını alıb, bədbəxt etməyin. İçkinin nə olduğunu öz həyatımda görmüşəm. İçki düşkünü insan gecə səni öldürə, amma sabah bunu xatırlamaya da bilər. O özündə olmur. Özüm, yaxınlarım və qızım üçün o həyata razı olmaramsa, o həyatın bir zərrəsini görmüşəmsə, yaşamışamsa, bu qadını ora göndərə bilmərəm”.
Telegram kanalımız