Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 21-də davametdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçünvəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.
Zərərçəkmiş şəxs Kənan İsayev ifadəsində 2016-cı ildə baş vermişAprel döyüşləri zamanı Füzuli rayonunda Ermənistan silahlıqüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığınıbildirib.
Zərərçəkmiş Səfər Hacıyev 2011-ci ildə hərbi xidmətdə olarkənErmənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində gülləyarası aldığını deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanınsualına cavabında hadisənin atəşkəsin Ermənistan silahlı qüvvələritərəfindən pozulması zamanı baş verdiyini qeyd edib.
Zərərçəkmiş Vladislav Alimov ifadəsində 1992-ci ildə döyüşlərzamanı Şuşada qapalı kələ-beyin travması aldığını, Ermənistansilahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərəkXankəndiyə aparıldığını bildirib. O, oktyabrın 6-dək əsirlikdənazad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.
Vaqif Qənbərov ifadəsində 1993-cü ildə Kəlbəcərdə Ermənistansilahlı qüvvələrinin hərbçiləri ilə döyüşlər zamanı əsirgötürüldüyünü, İrəvana aparılaraq Ermənistan DTX-də saxlanıldığınıbildirib. Daha sonra Gümrü şəhərinə aparılaraq orada saxlanılıb.Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb. O, Baş prokurorunböyük köməkçisi Vüsal Əliyevin sualına cavabında 1995-ci il mayın12-də Azərbaycana qaytarıldığını bildirib. V.Qəmbərovtəqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin sualına cavabındaisə müharibəyə gedənə qədər Dərin Özüllər Zavodunda çalışdığınıqeyd edib.
Ağasəfər Şükürov ifadəsində 1994-cü il fevralın 14-də Kəlbəcərrayonunda döyüşlərdə qapalı kəllə-beyin travması alaraq əsirgötürüldüyünü söyləyib. O, əvvəlcə qısa müddət Kəlbəcərdə, sonraisə Xankəndidə istintaq təcridxanasında, Şuşa həbsxanasında ağırşəraitdə saxlanılıb. 1995-ci il iyunun 8-də əsirlikdən azadolunub.
A.Şükürov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin sualına cavabında deyib ki, əsirlikdə olduğu müddətdəbütün azərbaycanlılar - mülki şəxslər və hərbçilər döyülürdü.“Digərləri kimi mən də mütəmadi olaraq döyülürdüm, işgəncələrəməruz qalırdım. Məni avtomatın qundağı ilə, bellə, armaturla,dəyənəklə döyüblər. Ağzımdakı bütün dişlərimi sındırıblar”, - deyəo əlavə edib.
Zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakıdədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonundaməskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədarora köçdüklərini bildirib. O, azərbaycanlılara qarşı təzyiqlərbaşlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsiningözünə şüşə qırığı batdığını söyləyib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalısoyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün oradaqaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. O, dövlətittihamçısı Fuad Musayevin sualına cavabında deyib ki, soyqırımızamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb.Habelə digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkindüşüb.
“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızımulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raketatırlar, gedək...”, - deyə o əlavə edib.
Yeganə İbrahimova deyib ki, Kəlbəcərə hücum olan zaman 1993-cüilin may ayında “KamAZ” markalı yük avtomobili ilə ərazidənçıxarkən “Tunel” adlı ərazidə maşın Ermənistan silahlı qüvvələritərəfindən atəşə məruz qalıb. Həmin vaxt “KamAZ”da təxminən 40nəfər, o cümlədən Y.İbrahimovanın doğmaları (5 nəfər) olub. Hadisəzamanı 15 yaşlı Y.İbrahimova, atası, anası, qardaşları yaralanıb.Özünə 8, 14 yaşlı qardaşı Müşfiqə 5 güllə dəyib. Atası NadirƏliyev, anası Nüşabə Əliyeva və 11 yaşlı qardaşı Tural Əliyevavtomobildə yaralı vəziyyətdə yandırılaraq qətlə yetiriliblər,onların meyitləri indiyədək tapılmayıb.
O və qardaşı Müşfiq girov götürülüb. Girovların bir qismi, ocümlədən Y.İbrahimova Heyvalı kəndinə aparılıb. Girovluqda olduğumüddətdə Xankəndidə və Xocalıda saxlanılıb. Y.İbrahimova dövlətittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki,dəyişdirilməsi üçün 1994-cü ildə əvvəlcə Ermənistana, oradan isəRusiyanın Rostov vilayətinə aparılaraq azad edilib.
Həsən Qocayev ifadəsində 1994-cü il fevralın 12-dən 13-nə keçəngecə Kəlbəcər istiqamətində döyüşlər zamanı Ermənistan silahlıqüvvələri tərəfindən əsir götürülərək Susuzluq kəndinə aparıldığınıbildirib. Həmin vaxt o və digər azərbaycanlılar işgəncələrə məruzqalıb, ayaqlarından asılıb. Onun ayağını don vurub. H.Qocayevbildirib ki, hər iki ayağı ermənilər tərəfindən işgəncə verilməkləamputasiya edilib. O, Şuşada və Xankəndidə saxlanılıb, martın 26-daAzərbaycan tərəfinə təhvil verilib.
H.Qocayev təqsirləndirilən şəxs David Manukyanın sualınacavabında hazırda hər iki ayağının protez olduğunu söyləyib.
Rafiq İsmayılov ifadəsində 1993-cü il avqustun 24-də Füzulidəqızğın döyüşlər zamanı 6 güllə yarası alaraq əsir götürüldüyünübildirib. Deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri onuyaralı vəziyyətdə döyüb, güllə yaraları aldığı yerləritəpikləyiblər.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran R.İsmayılovhəmin il sentyabrın 4-də Ermənistan silahlı qüvvələrininhərbçilərinə məxsus “Niva” markalı avtomobillə əsirlikdən qaçdığınıbildirib.
Zərərçəkmiş Elşən Talıbov ifadəsində 1990-cı il mayın 29-daAğdamın Əliağalı kəndində həmkəndliləri Nuru Cəfərov və ZiyadCəfərovla birlikdə ermənilər tərəfindən girov götürüldüyünübildirib. Onlar girov götürülərkən döyülüb, üzərilərində olanpulları və əşyaları alınıb. 5 gün sonra 55 baş iribuynuzlu heyvanqarşılığında Azərbaycan tərəfinə təhvil veriliblər.
Hüseyn Əliyev ifadəsində 1995-ci il fevralın 1-də hərbi xidmətdəolarkən dumanlı havada yolu azması nəticəsində Tərtərdə Ermənistansilahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünübildirib. 1 il 4 ay sonra Azərbaycan tərəfə qaytarılıb.
Ramal Hacıyev ifadəsində 2000-ci il oktyabrın 15-də dumanlı havaşəraitində Füzuli rayonunun Əbdürrəhmanlı kəndində Ermənistansilahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünübildirib. 2001-ci il yanvarın 14-də əsirlikdən azad olunub.
Sahidə Ələkbərova ifadəsində Xocalı şəhərində anadan olduğunu,1992-ci il fevralın 25-dən 26-na keçən gecəyədək orada yaşadığınıbildirib. Soyqırımı zamanı Qaraqaya adlandırılan yerdə girovgötürülərək Əsgəran Polis Şöbəsinə aparılıb. Şəhərin işğalınəticəsində evi və bütün əmlakı işğalçılara qalıb.
Bəxtiyar Şəbiyev 1993-cü ildə müharibə zamanı Laçında Ermənistansilahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdəolduğu zaman İrəvanda saxlanılıb, həmin müddətdə döyülüb,işgəncələrə məruz qalıb. 1994-cü ilin may ayında əsirlikdən azadolunub.
İltizam Abışov ifadəsində soyqırımı zamanı Xocalıdan məcburiköçkün düşən vaxt girov götürüldüyünü, Əsgəran polis şöbəsinəaparıldığını deyib. Bir həftəlik döyülmələrdən və işgəncələrdənsonra girovluqdan azad olunub.
İlqar Abışov ifadəsində özündən əvvəl ifadə vermiş qardaşıİltizam Abışovun dediklərini təsdiqləyib.
İlham Ağamalıyev ifadəsində deyib ki, 1993-cü ilin may ayındaErmənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsirgötürülüb. Əvvəlcə Basarkeçərə, sonra İrəvana aparılıb. İşgəncələrəməruz qalıb, döyülüb. İki il sonra əsirlikdən azad olunaraqAzərbaycana qaytarılıb.
Cavid Müzəffərzadə, Anar Əliyev, Münasib Mirzəyev, AllahverdiCabbarov ifadələrində müxtəlif istiqamətlərdə girovgötürüldüklərini bildiriblər.
Elgün Ələkbərov ifadəsində pambıq zavodunda traktorçu işləyərkən2021-ci ildə Tərtərdə Ermənistan silahlı qüvvələrinin basdırdığıtankəleyhinə minaya düşərək xəsarət aldığını söyləyib.
Vasif Quliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanıyaşadığı Tərtər rayonunun Qapanlı kəndində həyətinə Ermənistansilahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsindəyaralandığını söyləyib.
Polad İsmayılov ifadəsində 2024-cü il aprelin 2-də Tərtərrayonunun Çaylı kəndində heyvan otaran zaman minaya düşdüyünübildirib. Hadisə zamanı özü və birlikdə olduğu həmyerliləri ArzumanTağızadə və Elmin Bağırov xəsarət alıb.
Səbuhi Baxşalıyev bildirib ki, 2020-ci ildə 44 günlük müharibəzamanı – sentyabrın 28-də Tərtər rayonunun Əskipara kəndindəyaşadığı evə mərminin düşməsi nəticəsində qəlpə yarası alıb, evidağılıb, mal-heyvanı tələf olub.
Xəyal Babayev bildirib ki, 2021-ci ilin aprel ayında Suqovuşandaminatəmizləmə zamanı Ermənistan silahlı qüvvələrinin basdırdığıminanın partlaması nəticəsində xəsarət alıb.
Fərman Mehdiyev bildirib ki, 2005-ci il fevral ayında yaşadığıTərtər rayonunun Qapanlı kəndinin Ermənistan silahlı qüvvələritərəfindən atəşə tutulması nəticəsində yaralanıb.
Vüsal Abbasov ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşlərizamanı Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisininpartlaması nəticəsində ağır xəsarət aldığını bildirib. Hazırdaikinci qrup əlildir.
Fizuli Məmmədov ifadəsində 44 günlük müharibə zamanı – 2020-ciil oktyabrın 15-də vəfat etmiş xalasını Tərtər qəbiristanlığındadəfn edərkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinəticəsində ağır yaralandığını deyib.
Rəşad Quluyev ifadəsində 44 günlük müharibə zamanı - 2020-ci iloktyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığımərminin partlaması nəticəsində yaralandığını söyləyib.
Qənbər Əsədov ifadəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasınınəməkdaşı kimi təcili yardım maşını ilə gedərkən rayon mərkəzinəmərmi düşməsi nəticəsində ağır xəsarətlər aldığını bildirib.
Ağa Süleymanov 2020-ci il oktyabrın 14-də yaşadığı Tərtərrayonunun Düyərli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindənartilleriya atəşinə tutulması nəticəsində yaralandığınısöyləyib.
Müşfiq Fərəcov ifadəsində 2020-ci il oktyabrın 9-da Tərtərdəyaşadığı evə 2 ədəd top mərmisi düşdüyünü bildirib.
Vaqif Əkbərov deyib ki, ANAMA əməkdaşı olaraq minatəmizləməişləri görərkən 2023-cü il dekabrın 5-də Ağdamda mina partlayışınəticəsində xəsarət alıb. Nəticədə sağ ayağının bir hissəsiamputasiya olunub.
Mamed Əhmədov ifadəsində 2016-cı il aprelin 2-də Tərtərrayonunda yaşadığı Şıxarx kəndinin artilleriya atəşinə tutulmasınəticəsində yaralandığını deyib.
Yaşar Mamedov ifadəsində 1992-ci il aprelin 7-dən 8-nə keçəngecə Ağdaban faciəsinin şahidi olduğunu bildirib. Onun sözlərinəgörə 130 evlik kənd yandırılıb, dinc insanlar qətlə yetirilib.
Ələddin Məmmədov ifadəsində Aprel döyüşləri zamanı yaşadığıTərtər rayonunun Qaraağacı kəndinə mərmi düşməsi nəticəsində evinəzərər dəydiyini bildirib.
Kamal Əliyev ifadəsində 1993-cü ildə Laçının işğalı zamanı 14otaqlı evinin qaldığını, 2016-cı il aprelin 2-də isə yaşadığıŞıxarx kəndində mərmi düşməsi nəticəsində isə evinin yandığınısöyləyib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onlarınmüdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını dacavablandırıblar.
Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.