İyulun 23-də növbəti Rusiya–Ukrayna danışıqları baş tutacaq.
AFN.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, danışıqlar Türkiyədə keçiriləcək.
Bu görüş əvvəlki müzakirələrin davamı olacaq və tərəflər atəşkəsin şərtləri, humanitar dəhlizlərin açılması, əsir mübadiləsi, eləcə də təhlükəsizlik zəmanətləri kimi məsələləri gündəmə gətirəcəklər. O həmçinin qeyd edib ki, Türkiyə danışıqların neytral və məhsuldar şəkildə keçməsi üçün zəmanət verib.
Ukrayna tərəfi sülhə sadiq qaldığını vurğulasa da, ərazi bütövlüyündən və suverenlikdən güzəştə getməyəcəyini bir daha bəyan edib. Rusiya tərəfindən hələlik rəsmi şərh verilməyib.