AZ

Rusiyalı ekspert: "Cənubi Qafqazda Moskvanın təsiri azalır"

Türkiyənin Cənubi Qafqazda rolunun güclənməsi fonunda Rusiyanın regiondakı təsiri azalır.

Moderator.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Milan Lazoviç bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi Ankaraya Cənubi Qafqazda öz təsirini gücləndirməyə imkan verir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və Türkiyənin nüfuzunu yüksəltmək üçün iki ölkə arasında vasitəçi kimi çıxış etməyə cəhd göstərə bilər", - o söyləyib.

Lazoviçin fikrincə, Moskvanın regiondakı mövqeləri zəifləyir və postsovet məkanının bu hissəsində baş verənlərə daha diqqətli olmaq lazımdır.

"Ayıq olmaq lazımdır. Türkiyə, həqiqətən, regionda güclənib və Azərbaycanla əlaqələri vasitəsilə öz regional baxışını qurur", - politoloq fikrini tamamlayıb.

Seçilən
21
11
moderator.az

10Mənbələr