AZ

Zelenski Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixini açıqlayıb

Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə növbəti danışıqlar raundu iyulun 23-də Türkiyədə keçirilməsi planlaşdırılır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat yayıb.

Zelenski bildirib ki, o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla baş tutacaq növbəti görüşə və əsir mübadiləsinə hazırlığı müzakirə edib.

“Umerov məruzə etdi ki, görüş çərşənbə günü nəzərdə tutulur. Sabah bu barədə daha ətraflı məlumat veriləcək”, – deyə prezident əlavə edib.

MənbəAPA
Seçilən
20
29
banker.az

10Mənbələr