AZ

Tramp Obamanın "həbs" videosunu paylaşdı – Video


ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanın “həbs edilməsini” əks etdirən və süni intellektlə hazırlanan video paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp videonu “Truth Social” sosial şəbəkə hesabında yerləşdirib.
Videonun altında “Heç kim qanundan üstün deyil” sözləri yazılıb.
Bu video Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbardın son açıqlamalarına bir növ istinad kimi qiymətləndirilir.
Qeyd edək ki, iyulun 20-də Tramp keçmiş prezident Barak Obamanı saxtakarlıqda və 2016-cı il seçkilərinə xələl gətirməyə cəhddə ittiham edib.

Seçilən
15
24
yeniavaz.com

10Mənbələr