AZ

AQEM-də Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib (FOTO)

Bakı. Trend:

21 iyul tarixində Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıqvə Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin yeniinzibati binasinda Azərbaycan Republikasının Sədrliyi iləMüşavirənin Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçiQrupunun iclasları keçirilib.

XİN-dən Trend-ə bildirilibki, komitənin iclası çərçivəsində AQEM-ə üzv dövlətlər arasındaqarşılıqlı əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsiaparılıb. Bu kontekstdə, Azərbaycan Respublikasının “Daha güclüAQEM: rəqəmsallaşma, əlaqəlilik və Asiyada dayanıqlı inkişaf”mövzusunda AQEM-də sədrliyi çərçivəsində aktiv fəaliyyəti, həyatakeçirilən və praktiki nəticəyə yönəlmiş təşəbbüsləri üzv dövlətlərtərəfindən təqdir olunub.

AQEM-in institusional gücləndirilməsi, sahəvi əməkdaşlığın vəetimad quruculuğu tədbirlərinin səmərəliliyinin artırılması vəAQEM-in beynəlxalq təşkilatlar ilə əməkdaşlığı istiqamətindəSədrliyin prioritetlərinin icrasında əldə edilmiş nailiyyətlərnəzərdən keçirilib və son 7 ay ərzində Azərbaycanın AQEM-dəSədrliyi zamanı atılan addımlar yüksək qiymətləndirilib.

Tədbirdə ətraf mühit ölçüsü üzrə etimad tədbirlərinin illikicrası nəzərdən keçirilib. Üzv dövlətlər AQEM məkanında dayanıqlıinkişafın təmin olunması və ətraf mühitin mühafizəsi sahəsindəgörülmüş tədbirlər barədə məlumat verilib. Azərbaycanın COP29sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr təqdirolunub.

Komitənin iclasında, həmçinin, Sədrliyin təşəbbüsü iləirəlilədilən AQEM-in Qadınlar Şurası və Maliyyə Sammitinin təsisiilə bağlı müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digərməsələlər üzrə fikir mübadiləsi aparılıb.

AQEM-də
AQEM-də
AQEM-də
AQEM-də
Seçilən
5
7
az.trend.az

10Mənbələr