AZ

​Hakerlər ABŞ-dəki dövlət qurumlarına hücum etdi

Hakerlər ABŞ-dəki dövlət qurumlarını və bütün dünyada özəl şirkətləri hədəf alan kiberhücumlar həyata keçiriblər. Metbuat.az xəbər verir ki, hakerlər “Microsoft”un geniş istifadə olunan server proqram təminatındakı boşluqdan istifadə ediblər. “Washington Post” qəzetinin məlumatına görə, ABŞ rəsmiləri bildirib ki, hakerlər hökumətin əməliyyatlarını vətəndaşlara izah etmək üçün nəzərdə tutulmuş ictimai sənəd anbarını ələ keçiriblər. Bu sənədlər hazırda əlçatmazdır, lakin onların silinib-silinmədiyi hələ müəyyən edilməyib.

Məlumata görə, hakerlər ABŞ-nin federal və dövlət qurumlarına, eləcə də universitetlərə, Asiyada fəaliyyət göstərən telekommunikasiya şirkətinə də zərər veriblər.

Seçilən
172
26
metbuat.az

10Mənbələr