AZ

Türkiyə və Azərbaycan müdafiə nazirləri memorandum imzalayıb

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan IDEF 2025 Sərgisində Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər Azərbaycan Milli Müdafiə Naziri Zakir Həsənov ilə ikitərəfli görüş keçirib.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan Müdafiə Sənayesi Naziri Vuqar Mustafayev də iştirak edib.

Görüşün sonunda hər iki nazir arasında “Əməkdaşlığın və Qarşılıqlı Hərbi Təhlükəsizliyin Gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Seçilən
138
50
operativmedia.az

10Mənbələr