AZ

İran XİN: Sülh sazişi Cənubi Qafqazda sabitliyin bərqərar olmasında dönüş nöqtəsi ola bilər

“Biz Cənubi Qafqaz regionunda qonşu ölkələrlə sıx əlaqədə olmuşuq və olmağa davam edirik. Həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə yaxşı münasibətlərimiz var və mehriban qonşuluq, qarşılıqlı faydaya əsaslanan dostluq əlaqələrini yüksək qiymətləndiririk".

Operativ Media xəbər verir ki, bunu İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.

“Bizim gözləntimiz və praktikamız İranın maraqlarına birbaşa və ya dolayı yolla təsir edə biləcək hadisələrlə bağlı bu ölkələrlə təmasda olmaqdır. Sülh müqaviləsinin bağlanması əsas məsələdir və bu yeni mövzu deyil. Biz inanırıq ki, bu sülh sazişi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında dönüş nöqtəsi ola bilər", - o, qeyd edib.

Seçilən
146
37
operativmedia.az

10Mənbələr