AZ

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib...

Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların XocalıAğdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.(Qafqazinfo)

Poliqon.info

Seçilən
32
17
poliqon.info

10Mənbələr