Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyir.
Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.
10Mənbələr
-
oxu.azAğdam və Ağdərə rayonlarında YANĞIN başlayıb: Mina partlayışları baş verib ( 19606499)
-
manset.azAğdamda güclü YANĞIN: Ağdərəyə də yayılır - VİDEO ( 19606436)
-
icma.azAğdam və Ağdərədə güclü yanğın baş verib ( 19606049)
-
demokrat.azAğdamda güclü yanğın — Ağdərəyə də yayılır (VİDEO) ( 19606046)
-
yenisabah.azAğdamda güclü yanğın - Ağdərəyə də yayılır - Video ( 19605998)
-
sfera.azAğdamda güclü yanğın - Ağdərəyə də yayılır+VİDEO ( 19605968)
-
poliqon.infoAğdamda güclü yanğın - Ağdərəyə də yayılır ( 19605818)
-
publika.azAğdamda güclü yanğın ( 19605752)
-
operativmedia.azAğdam və Ağdərədə geniş ərazilərdə yanğın baş başlayıb ( 19605746)
-
milli.azAğdamda güclü yanğın - Ağdərəyə də yayılır ( 19605638)