“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər.
Viral.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri ESPN-ə istinadən məlumat yayıb.
38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər.
Son Yazılar:
- Messi diskvalifikasiya oluna bilər
- Ağdam və Ağdərədə geniş ərazi YANIR
- Azərbaycan və Türkiyə müdafiə nazirləri memorandum imzaladı
MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.
Qeyd edək ki, Messi bu mövsüm “İnter Mayami”nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib.