AZ

Messi diskvalifikasiya oluna bilər

İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Touchline” nəşri ESPN-ə istinadən məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər. 

MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.

Qeyd edək ki, Messi bu mövsüm “İnter Mayami”nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib.

"Cebheinfo.az" 

phrase_var_article.chosen
18
14
cebheinfo.az

10phrase_var_article.sources