AZ

Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyini itirməsi kütləvi etirazlara səbəb olub

İyulun 22-də Ukrayna Ali Radası Milli Antokorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq ləğv edən qanunu qəbul edib.

"Report" xəbər verir ki, qanunun lehinə 263 deputat səs verib.

Həmin gün prezident Volodimir Zelenski qanunu imzalayıb.

Qanuna əsasən, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun prokurorları ölkənin baş prokuroruna tabe olur. Baş prokuror eyni zamanda Milli Antokorrupsiya Bürosunun fəaliyyətinə müdaxilə edə biləcək, hətta aparılan bəzi işləri onlardan ala və başqa strukturlardakı prokurorlara verə biləcək.

Qanunun prezident tərəfindən imzalandıqdan sonra Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları təşkil olunub. Aksiya iştirakçılarının tələbləri arasında prezident ofisinin rəhbəri Andriy Yermakın istefası və yeni qanunun ləğvi var.

Kiyev meri Vitali Kliçko və onun qardaşı Volodimir (hər ikisi boks üzrə keçmiş dünya çempionlarıdır - red.) də etirazçıları dəstəkləyiblər.

Seçilən
17
3
report.az

7Mənbələr