AZ

Ukraynada etiraz aksiyası - 2000 nəfər... - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, etirazçılar Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun (SAP) müstəqilliyini faktiki olaraq aradan qaldıran qanuna qarşı çıxıblar.

Qanun Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb. 

Mitinqdə 2 minədək insanın iştirak etdiyi bildirilir. 

Qeyd edək ki, aksiyada Kiyev meri Vitali Kliçko da iştirak edib.

 

phrase_var_article.chosen
7
2
modern.az

7phrase_var_article.sources