AZ

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasına haker hücumu oldu

BAKI, 23 iyul.TELEQRAF.

"Microsoft SharePoint" proqram təminatına haker hücumu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinin işinə təsir edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbəyə istinadən "Bloomberg" məlumat yayıb.

Lakin canilər məxfi məlumatlara giriş əldə edə bilməyiblər. Energetika Nazirliyi agentliyə haker hücumunun agentliyə "minimal" təsir göstərdiyini və mütəxəssislərin "zərər görmüş sistemləri" bərpa etdiklərini bildirib.

"Bloomberg"-in məlumatına görə, hakerlərin hərəkətləri ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət qurumlarına, Avropa və Yaxın Şərq ölkələrinin hökumətlərinə məxsus sistemlərə də təsir edib.

"Microsoft" hücumlarda Çinlə əlaqəli olduğu iddia edilən "Linen Typhoon""Violet Typhoon" qruplarının əli ola biləcəyini iddia edir.

phrase_var_article.chosen
50
2
teleqraf.com

10phrase_var_article.sources