ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) sındırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadla məlumat yayıb.
Mövcud məlumata görə, təcavüzkarlar məxfi məlumatlara giriş əldə edə bilməyiblər. ABŞ Energetika Nazirliyi haker hücumunun departamentə minimal təsir göstərdiyini və hazırda mütəxəssislərin təsirlənmiş sistemləri bərpa etdiyini bildirib.
"Bloomberg"in məlumatına görə, hakerlər həmçinin ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət səviyyəli agentliklərə və Avropa və Yaxın Şərq hökumətlərinə məxsus sistemlərə ziyan vurublar.
"Microsoft", hücumların Çinlə əlaqəli olduğu iddia edilən "Linen Typhoon" və "Violet Typhoon" qrupları tərəfindən həyata keçirilə biləcəyini söyləyib.