AZ

ABŞ Yaponiya ilə mal və silah satışına dair müqavilə imzalayıb

ABŞ prezidenti Donald Tramp Truth Social sosial media platformasında Yaponiyanın ticarət müqaviləsi çərçivəsində milyardlarla dollar dəyərində Amerika malları və hərbi texnika almağa razılaşdığını açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Onlar həmçinin milyardlarla dollar dəyərində mal və hərbi texnika almağa və 550 milyard dolların 90%-ni, hətta daha çoxunu bizə verməyə razılaşıblar”, – o yazıb.

ABŞ liderinin sözlərinə görə, Tokio ilk dəfə olaraq Amerika şirkətlərinə avtomobil, kənd təsərrüfatı məhsulları və düyü bazarına girməyə icazə verib.

Tramp həmçinin bildirib ki, müqaviləyə əsasən, Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar sərmayə qoyacaq, mənfəətin 90%-i Yaponiyaya keçəcək. ABŞ həmçinin Yaponiyaya avtomobil, yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları tədarük edəcək, 15% tarif də tətbiq olunacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
6
editor.az

8Mənbələr