AZ

Göygöldə 18 yaşlı piyadanı maşın vurdu

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2007-ci il təvəllüdlü Həqiqət Hacıyevanı vurub.

Müxtəlif bədən xəsarətləri alan 18 yaşlı qız Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
2
icma.az

4Mənbələr