Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2007-ci il təvəllüdlü Həqiqət Hacıyevanı vurub.
Müxtəlif bədən xəsarətləri alan 18 yaşlı qız Gəncə şəhərindəki xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.